\
29 Sentyabr 2024 - Bazar günü

Daxili turizmdə canlanma - VİDEO

Daxili turizmdə canlanma - VİDEO
1445baxış

Qubaya üz tutan turistlərin sayında artım müşahidə edilir

Mediapress.az Real TV-ə istinadən bildirir ki, Quba rayonu mülayim iqlimi, sıx meşələri, çınqıllı-daşlı çayları və təkrarsız mənzərələri ilə turistləri həmişə heyran edib. Ötən il pandemiya səbəbindən istiharət edə bilmədiklərini deyən yerli turistlər indi fürsətsən istifadə edərək təbiət qoynuna üz tutduqlarını deyirlər.

Turizm mərkəzlərində göstərilən xidmətlər də turistlərin ürəyincədir. Bu da öz növbəsində daha çox turistin rayona üz tutmasına şərait yaradır.

Quba Destinasiya və Menecmenti Təşkilatından da bildirildi ki, pandemiya qaydalarının yumuşaldılmasından sonra rayonda turizm sektorunda canlama müşahidə edilir. Aparılan manitorinqlər bunu bir daha sübut edir.

Qeyd edək ki, hazırda Qubaya gələn turistlər 5 turizm marşurutu üzrə hərəkət edirlər. Turistlər daha çox Quba-Qəçreş-Xınalıq və Quba-Təngəaltı-Afurca istiqamətlərinə üstünlük verirlər.