\
29 Sentyabr 2024 - Bazar günü

Rusiyada radardan itmiş təyyarənin qalıqları tapılıb - YENİLƏNİB

Rusiyada radardan itmiş təyyarənin qalıqları tapılıb - YENİLƏNİB
1446baxış

Rusiyanın Kamçatka yarımadasında radarlardan itmiş “An-26” təyyarəsinin qalıqları tapılıb. İlkin məlumata görə, qəza nəticəsində təyyarədəki sərnişinlərin və heyət üzvlərinin hamısı həlak olub.

Mediapress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. Bildirilir ki, havanın dumanlı və çiskinli olması, eləcə də dağlıq ərazi axtarış-xilasetmə işlərini çətinləşdirir.

Xatırladaq ki, Petropavlovsk-Kamçatsk şəhərindən Kamçatka diyarının Koryak dairəsinin Palana qəsəbəsinə uçan “An-26” təyyarəsində 23 sərnişin və 6 heyət üzvü olub. Təyyarə Palana qəsəbəsinin aeroportuna 10 kilometr qalmış enişə hazırlaşarkən radarlardan itib. Uçuş heyəti nasazlıq barədə dispetçerlərə heç bir məlumat verməyib.
 

***

Rusiyada “An-26” markalı sərnişin təyyarəsi Kamçatka səmasında radarlardan itib.

 

“An-26”nın göyərtəsində 23 sərnişin və 6 ekipaj üzvü var. Təyyarə Petropavlovsk-Kamçatka reysi ilə hərəkət edirmiş. O, təyin olunan vaxta əlaqəyə girməyib.

 

Radarlardan itmiş təyyarə ilə bağlı hazırda axtarış-əməliyyat tədbiri həyata keçirirlər.