\
29 Sentyabr 2024 - Bazar günü

Sumqayıtda zibil qabına atılan uşağın - FOTOsu

Sumqayıtda zibil qabına atılan uşağın - FOTOsu
1575baxış

Sumqayıtda zibil qabından tapılan yeni doğulmuş qız uşağının fotosu ortaya çıxıb. 

Mediapress.az xəbər verir ki, fotonu APA yayıb.

Qeyd edək ki, hadisə şəhərin "Yaşıldərə" yaşayış massivində qeydə alınıb.

Belə ki, sakinlərdən biri zibil atarkən səs eşidib və orada yeni doğulmuş qız uşağının olduğunu görüb. O, polisə müraciət edilib və yeni doğulmuş körpə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib. Körpənin vəziyyəti hazırda kafidir.

Faktla bağlı araşdırma aparılır.