\
29 Sentyabr 2024 - Bazar günü

Kürdən meyiti tapılan şəxsin kimliyi məlum olub

Kürdən meyiti tapılan şəxsin kimliyi məlum olub
1772baxış

Bu gün səhər saatlarında Kür çayı üzərində Salyan şəhər və Babazənan yaşayış məntəqəsini birləşdirən körpünün yaxınlığında 25-30 yaş arasında naməlum kişi meyiti aşkar edilib. Hadisə yerinə aidiyyati qurumların əməkdaşları cəlb olunub. Meyit çaydan çıxarılaraq aidiyyati üzrə təhvil verilib.

Mediapress.az-ın məlumatına görə, həmin şəxs Salyan rayon sakini, 2001-ci il təvəllüdlü Nəcəfov Murad Əsəd oğludur.

Faktla bağlı araşdırma aparılır.