\
29 Sentyabr 2024 - Bazar günü

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən kapitanının nəşi tapılıb

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən kapitanının nəşi tapılıb
1755baxış

Azərbaycan Odusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

Mediapress.az xəbərinə görə, 9 aydır itkin düşən kapitan Pənahov Əkbər Bəylər oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Şəhid iyulun 12-də Bakıda dəfn ediləcək.

Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub.

Allah rəhmət eləsin!