\
29 Sentyabr 2024 - Bazar günü

Ramin Hacılı həbs edildi

Ramin Hacılı həbs edildi
1488baxış

Aktivist Ramin Hacılı həbs edilib.

Mediapress.az bildirir ki, R.Hacılı Almaniyadan deportasiya olunan Azərbaycan vətəndaşlarının ifadəsi əsasında saxlanılıb. O, dələduzluq maddəsinin bir neçə bəndi ilə ittiham edilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, Ramin Hacılı Baş Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Hacılı 2018-ci ildə sərhədi qanunsuz keçərək Gürcüstana getmək istəyərkən həbs edilmişdi, 2019-cu ildə azadlığa buraxılıb.