\
29 Sentyabr 2024 - Bazar günü

Bakıda dənizdən meyiti çıxarılan üç nəfərin kimliyi məlum oldu - YENİLƏNİB + VİDEO

Bakıda dənizdən meyiti çıxarılan üç nəfərin kimliyi məlum oldu - YENİLƏNİB + VİDEO
1498baxış

 

 

Şüvəlan çimərliyində boğulanların daha iki nəfərin kimliyi bəlli olub. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, onlar 1995-ci il təvəllüdlü Asim Əliyev, 1995-ci il təvəllüdlü Nuranə Məmmədovadır.

16:03

 

Bakıda üç nəfər dənizdə boğulub.

Oxu.Az-ın məlumatına görə, hadisə Şüvəlan çimərliyində qeydə alınıb.

Boğulanların cəsədləri sudan çıxarılıb. İlkin məlumata görə, boğulanlardan ikisi oğlan, biri qızdır. Onlardan biri 1991-ci il təvəllüdlü İbrahim Əliyevdir. Digərlərinin kimlikləri dəqiqləşdirilir. 

Qeyd edək ki, hadisənin baş verdiyi ərazi qadağan olunan, təhlükəli və nəzarətsiz yerdir. Çimərlik mövsümü açılandan həmin nəzarətsiz ərazidə bu, artıq ilk hadisə deyil.