\
29 Sentyabr 2024 - Bazar günü

Son altı ayda avtomobil qəzalarında ölənlərin sayı - AÇIQLANDI

Son altı ayda avtomobil qəzalarında ölənlərin sayı - AÇIQLANDI
1419baxış

2021-ci ilin birinci yarısında baş vermiş yol nəqliyyat hadisələri barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

DİN-dən Mediapress.az-a verilən məlumata görə, respublika ərazisində cari ilin 6 ayı ərzində ölüm və xəsarətlə nəticələnən 756 yol nəqliyyat hadisəsi qeydə alınıb ki, bu qəzalarda 290 nəfər həlak olub, 698 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 4 (-0,5 %) fakt, ölənlərin sayı 35 (-10,8 %) nəfər, yaralananların sayı isə 3 (-0,4 %) nəfər azalıb.

Müəyyən edilib ki, sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində 734 (97 %) yol nəqliyyat hadisəsi (piyadalar tərəfindən 18 - 2,4 %) baş verib. Bu qayda pozuntularının 302-si (39,9 %) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (142 ölü, 230 yaralı), 241-i (31,8 %) qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması (73 ölü, 236 yaralı), 72-i (9,5 %) yolayrıclarını keçmə qaydalarının pozulması (15 ölü, 93 yaralı), 10-u (1,3 %) nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi olub (5 ölü, 9 yaralı).

Qəzaların növləri içərisində piyadanı vurmaq (304 - 40,2 %) və toqquşma (270 - 35,7 %) əvvəllər də olduğu kimi üstünlük təşkil edir (maneəni vurmaq 75 - 9,9 %, aşma 66 - 8,7 %). Həlak olan 290 nəfərdən (qadınlar 53 nəfər, 7-16 yaş 26 nəfər), 123-ü piyada, 87-i sürücü, 68-i sərnişin, 10-u velosipedçi, ikisi isə digər hərəkət iştirakçısı olub.