\
11 Yanvar 2025 - Şənbə

Azərbaycan ordusunun hərbçisi özünü güllələyərək intihar edib

Azərbaycan ordusunun hərbçisi özünü güllələyərək intihar edib
1422baxış

Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.

Bu barədə Mediapress.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.