\
29 Sentyabr 2024 - Bazar günü

Çində göydələnlərin tikintisinə məhdudiyyət tətbiq edilib

Çində göydələnlərin tikintisinə məhdudiyyət tətbiq edilib
1388baxış

Çində 500 metr və daha hündür göydələnlərin tikintisinə qadağa qoyulub.

Mediapress.az “Sinxua”ya istinadən məlumat verir ki, bu barədə Çinin İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsi qərar qəbul edib.

Sənədə əsasən, 250 metrdən hündür binaların inşası ciddi şəkildə məhdudlaşdırılmalıdır.

Bundan başqa, 100 metrdən hündür binaların tikinti planı antiseysmik xüsusiyyətləri baxımından ciddi şəkildə yoxlanılacaq.

Qərarda həmçinin vurğulanıb ki, ümumilikdə yeni hündürmərtəbəli binalar şəhərin miqyasına və yanğınsöndürmə imkanlarına uyğun olmalıdır.