\
26 Aprel 2024 - Cümə

Səlcuk Bayraktar Türkiyədə müalicə alan azərbaycanlı qazilərlə görüşüb

Səlcuk Bayraktar Türkiyədə müalicə alan azərbaycanlı qazilərlə görüşüb
1858baxış

Türkiyənin “Baykar Teknoloji” şirkətinin texniki direktoru Selçuk Bayraktar İstanbulda müalicə alan qazilərimizi ziyarət edib.

Mediapress.az-ın məlumatına görə, Bayraktarın qazi Elnur Babayevlə dialoqu diqqət çəkib. O, E.Babayevin oğluna hədiyyə bağışlayıb və Türkiyədən salam göndərib.

Qeyd edək ki, Astara Gömrük Postunun İnspektoru olan Elnur Babayev 2020-ci ilin oktyabrında Qubadlı uğrunda gedən döyüşlərdə yaralanıb.