Amerikalı mer Kubanı bombalamağa çağırdı
1860
Mayami şəhərinin meri Frensis Suares ABŞ hökumətini Kubaya zərbə endirməyə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, o, bu fikrini “Fox News” kanalının efirində səsləndirib.
Onun fikrincə, ABŞ Kuba hökumətini devirmək üçün ölkəyə zərbə endirməlidir və bu təzyiq vasitəsini nəzərdən keçirməlidir.
Mer, həmçinin “Miami Herald” qəzetinə bildirib ki, Kubaya hərbi müdaxilə ehtimalını müzakirə etmək üçün ABŞ Prezidentindən zəng gözləyib.
Qeyd edək ki, Kubada yüzlərlə sakin dövlət əleyhinə etirazlarını bildirmək üçün günlərdir aksiya keçirir.