\
29 Sentyabr 2024 - Bazar günü

Türkiyədə göyərtəsində ukraynalılar olan gəmi saxlanılıb

Türkiyədə göyərtəsində ukraynalılar olan gəmi saxlanılıb
1554baxış

Türkiyədə göyərtəsində Ukrayna vətəndaşları olan gəmi saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko açıqlayıb.

Onun sözlərinə görə, göyərtədə olan şəxslərdən 4-ü həbs olunub. Onlar narkotik qaçaqmalçılığında təqsirli bilinirlər.

İnsident iyulun 10-u İskenderun limanında baş verib. “MSC CAPUCİNE R” adlı gəmi Liberiya bayrağı altında hərəkət edib.

Məlumata əsasən, ümumilikdə gəminin göyərtəsində 25 ekipaj üzvü olub. Onlardan 24-ü ukraynalıdır. Həbs olunan şəxslər gəminin kapitanı və onun 3 köməkçisidir.

Bununla yanaşı, Ukrayna səfirliyi saxlanılan şəxsləri lazımi sənədlər, vəkil və tərcüməçi ilə təmin edib. Ekipajın digər üzvləri gəmidə qalıb və məsələ ilə bağlı şahid qismində çıxış edirlər.