Oxçuçayı çirkləndirən kombinatın əməkdaşları saxlanıldı
1550
Ermənistanın Zəngəzur Mis-molibden kombinatında axtarışdan sonra müəssisənin iki əməkdaşı saxlanılıb.
Bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.
Bildirilib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları kombinatdakı xidməti kompüter və mühasibatlığa aid sənədləri müsadirə ediblər.
Qeyd edək ki, iyulun 14-də kombinatda xidmətin xüsusi təyinatlıları əməliyyat keçirib.