\
26 Aprel 2024 - Cümə

Qazini vurub hadisə yerindən qaçan sürücü saxlanıldı - YENİLƏNİB - FOTOLAR

Qazini vurub hadisə yerindən qaçan sürücü saxlanıldı - YENİLƏNİB - FOTOLAR
1937baxış

Bakıda 4 gün öncə qazini vuraraq hadisə yerindən qaçan yük maşını sürücüsü saxlanılıb.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki  Ehsan Zahidov bildirib ki, hadisə 11 iyul 23.00 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində baş verib: “Elvin Tağıyev idarə etdiyi “Opel Astra” markalı avtomobili nasaz vəziyyətə olduğu üçün saxlayaraq yerə düşüb. Bu zaman markasını və dövlət nişanını görmədiyi avtomobil tərəfindən vurulub. Nəticədə Elvin Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dərhal fakta bağlı Suraxanı rayonu polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirlərinə başlanılıb. Müəyyən edilib ki, Şabran rayon sakini Aslanov Asəf idarə etdiyi “Kamaz” markalı avtomobillə Elvin Tağıyevi vurub.

İyulun 14-də o, şübhəli şəxs qismində tutulub. Hazırda Suraxanı rayon Rayon Polis İdarəsi Cinayət Məcəlləsinin 263.1-1, 264-cü maddələri ilə cinayət işi başlanıb. İstintaq davam edir”.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Elvin Tağızadə İkinci Qarabağ müharibəsi qazisidir və “Xocavəndin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.