\
24 Iyul 2021 - Şənbə

Azərbaycan Pakistana yeni səfir təyin etdi

Azərbaycan Pakistana yeni səfir təyin etdi
1311baxış

Xəzər Nadir oğlu Fərhadov Azərbaycanın Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Mediapress.az məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.