\
29 Sentyabr 2024 - Bazar günü

Ukrayna və Moldova prezidentləri Gürcüstana səfər edəcək

Ukrayna və Moldova prezidentləri Gürcüstana səfər edəcək
1720baxış

Ukrayna prezidenti Vladimir Zelenski və Moldovanın dövlət başçısı Maya Sandu Gürcüstana səfər edəcəklər.

Mediapress.az yerli bürosu xəbər verir ki, onlar iyulun 19-da Batumidə keçiriləcək beynəlxalq konfransda iştirak edəcəklər.

“Avropa İttifaqının cəlbetmə qüvvəsi və regionun transformasiyası” adlı tədbirə Avropa Şurasının prezidenti Şarl Mişel də qatılacaq.

Konfransın əsas müzakirə mövzusu Avropa İttifaqının üç assosiasiyalı tərəfdaşı – Gürcüstan, Moldova və Ukrayna ilə əməkdaşlıq səviyyəsinin yüksəldilməsi olacaq.

Gürcüstanı tədbirdə prezident Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, xarici işlər naziri David Zalkaliani və digər rəsmi şəxslər təmsil edəcəklər.