\
29 Sentyabr 2024 - Bazar günü

Azərbaycan Gürcüstandan siqaret idxalını azaldıb

Azərbaycan Gürcüstandan siqaret idxalını azaldıb
1710baxış

Bu ilin I yarısında Gürcüstan Azərbaycana 8,225 milyon ABŞ dolları dəyərində 317 318 qutu (hər birində 1 000 ədəd) siqaret və digər tütün məmulatları ixrac edib.

Mediapress.az”ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, illik müqayisədə məhsulun həcmi 3 652 qutu və yaxud 1,1% azalıb.