\
29 Sentyabr 2024 - Bazar günü

Olimpiya Oyunlarının şüarı dəyişdirildi

Olimpiya Oyunlarının şüarı dəyişdirildi
1505baxış

Olimpiya Oyunlarının şüarı Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Yaponiyanın paytaxtı Tokioda keçirilən iclasında dəyişdirilib.

"Mediapress.az"ın məlumatına görə, bu, IOC prezidenti Tomas Bax tərəfindən təklif olunub.

Olimpiya şüarı belə səslənəcək: "Birlikdə - daha sürətli, daha yüksək və daha güclü"!

"Daha sürətli, daha yüksək, daha güclü" şüarı 1894-cü ildə təsdiqlənib. Tomas Bax bu dəyişikliyi əlamətdar hadisə hesab edib.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.