\
26 Aprel 2024 - Cümə

Sabirabadda iki avtomobil toqquşub, xəsarət alan var

Sabirabadda iki avtomobil toqquşub, xəsarət alan var
1805baxış

Sabirabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mediapress.az”ın Aran bürosunun məlumatına görə, hadisə rayonun Cavad küçəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Saatlı rayonunun Novruzlu kənd sakini, 1983-cü il təvəllüdlü Cavadova Günay Əlamətdin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla ağlı araşdırma aparılır.