\
20 Aprel 2024 - Şənbə

Xaçmazda 20 yaşlı gənc yol qəzasına düşüb

Xaçmazda 20 yaşlı gənc yol qəzasına düşüb
1730baxış

Xaçmaz şəhər sakini avtoqəzada xəsarətlər alıb.

"Mediapress.az"ın Şimal bürosunun verdiyi məlumata görə, avtoqəza "Ulduz" Otelin qarşısında baş verib.

Hadisə nəticəsində Xaçmaz şəhəri Nəriman Nərimanov küçəsi 58 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Azər Yaşar oğlu Əliyev sol əlin və döş qəfəsinin əzilməsi diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.