\
25 Aprel 2024 - Cümə axşamı

Dövlət Vergi Xidməti büdcə proqnozuna 124% əməl edib

Dövlət Vergi Xidməti büdcə proqnozuna 124% əməl edib
1453baxış

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 4 342 milyon manat vəsait daxil olub.

Mediapress.az” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, proqnoza nisbətən 851,6 milyon manat və yaxud 24,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 336,7 milyon manat və yaxud 8,4% çoxdur.

Rüblük vəsaitin 73,1 %-i və yaxud 3 175,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 1 il əvvələ nisbətən 276,2 milyon manat və yaxud 9,5% çoxdur.