Nazir şəhid oğluna Şuşada vəzifə verdi
1579
Şuşa Rayon Polis Şöbəsində (RPŞ) yeni kadr təyinatı olub.
Mediapress.az xəbər verir ki, "Report"un xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, polis kapitanı Səttar Məhərrəmzadə Şuşa Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, S.Məhərrəmzadə Birinci Qarabağ müharibəsi zamanı "Daşaltı əməliyyatı"nda şəhid olan Nazim Məhərrəmovun oğludur.