\
25 Aprel 2024 - Cümə axşamı

Hacıqabulda 28 yaşlı gənc intihara cəhd edib

Hacıqabulda 28 yaşlı gənc intihara cəhd edib
1491baxış

Hacıqabul sakini intihara cəhd edib.

Hadisə rayonun II Tava kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Sadıqov Əlabbas Etibar oğlu intihar etmək məqsədi ilə sağ qolunu doğrayıb.

Vaxtında müdaxilə edilib və qolunun kəsilmiş-deşilmiş yarası ilə Ə. Sadıqov Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Ə. Sadıqovun sərxoş vəziyyətdə özünə qəst etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.