\
29 Mart 2024 - Cümə

Şəmkir sakini dayısını qətlə yetirib

Şəmkir sakini dayısını qətlə yetirib
1450baxış

Şəmkir rayonunda qətl törədilib.

"Mediapress.az"ın Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Şəmkir rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyev mübahisə zəminində bacısı oğlu, 1989-cu il təvəllüdlü Turan Əzizov tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq xəsarətləri alan N.Böyükkişiyev Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Onu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.