\
29 Sentyabr 2024 - Bazar günü

BNA "Məşğulluq marafonu"na qoşulub

BNA "Məşğulluq marafonu"na qoşulub
1459baxış
Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan "Məşğulluq marafonu"na Bakı Nəqliyyat Agentliyi də qoşulub. Agentliyin mərkəzi aparatında və tabeliyindəki qurumlarda vətən müharibəsi iştirakçısı olan 7 nəfər daimi işlə təmin olunub. Mediapress.az-ın əldə etdiyi məlumata görə, Bakı Nəqliyyat Agentliyinin 16 nəfər əməkdaşı da 44 günlük Vətən müharibəsində iştirak ediblər.