\
29 Sentyabr 2024 - Bazar günü

Qəbul imtahanında ən yüksək bal toplayan abituriyent - FOTO

Qəbul imtahanında ən yüksək bal toplayan abituriyent - FOTO
1302baxış

Xəbər verdiyimiz kimi, 2021-2022-ci tədris ili üçün II və III qruplar üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanıb.

Mediapress.az xəbər verir ki, bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan iki nəfər - Salyan rayonu, 4 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 192 saylı orta məktəbin məzunları göstəriblər.

Salyan rayonu, 4 saylı şəhər orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə 691.2 bal toplayıb və bu nəticə II ixtisas qrupu üzrə ən yüksək baldır.

 

“Azərbaycan universitetləri” səhifəsinin məlumatına görə, II ixtisas qrupu üzrə ən yüksək bal toplayan Əflan Bədəlovdur.

O, 3 qat respublika fənn olimpiadasının qalibidir.