\
29 Sentyabr 2024 - Bazar günü

Bəy və gəlinin toya buraxılmamasına - RƏSMİ REAKSİYA

Bəy və gəlinin toya buraxılmamasına - RƏSMİ REAKSİYA
1402baxış

Daxili İşlər Nazirliyi bəy və gəlinin şadlıq evinə buraxılmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev KİV-ə bildirib ki, 50 nəfərdən 150 nəfərə qədər vətəndaşın iştirakı ilə təşkil olunan toy məclislərində bəy və gəlin də daxil olmaqla yaşı 18-dən yuxarı olan bütün şəxslər tam vaksinasiyadan keçməlidir: “Onların toy mərasimində iştirakına “COVID”ə qarşı peyvənd olunmalarına və ya koronavirusdan sağalmalarına dair sənəd təqdim etdikləri halda icazə verilir. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı var. Qərarda hansısa formada iştirakçılar arasında istisna nəzərdə tutulmayıb. Hər bir şəxs bu qayda və tələblərə əməl etməli, özünü və digər şəxsləri infeksiya riskindən qorumaq üçün üzərinə düşən vəzifəni həyata keçirməlidir”.  

Rayonun Qoruqbağı kəndində yerləşən şadlıq sarayında təşkil olunan toy məclisinə gələn qonaqların "COVID" pasportları yoxlanılarkən məlum olub ki, bəy Səmədov İsaq Cabir oğlu və gəlin Qurbanova Səbinə Əlvan qızı peyvənd olunmayıblar. Yeni ailə quran cütlüyə pandemiya qaydalar izah edilib və onlara peyvəndləmə ilə bağlı təklif verilib. Bəy-gəlin təklifi könüllü qəbul edib və kəndin tibb məntəqəsinə gedərək peyvənd olunublar. Daha sonra onlar şadlıq evinə qayıdaraq toy məclisinə qoşulublar.