\
28 Sentyabr 2024 - Şənbə

Antalyada yanğın törədən şəxs həbs olundu

Antalyada yanğın törədən şəxs həbs olundu
1387baxış

Antalyanın Manavqat bölgəsində meşə yanğınlarını törətməkdə ittiham olunan şəxs həbs olunub.

Mediapress.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, adı açıqlanmayan şəxs 16 yaşındadır.

O, dörd gün öncə saxlanılıb. İstintaqın gedişində gənc ittihamları qəbul etməsə də, ona təqdim edilən şəksiz dəlilləri rədd edə bilməyib. Onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri təsdiq olunub.