\
28 Sentyabr 2024 - Şənbə

Türkiyədə meşə yanğınlarına görə daha bir nəfər həbs edildi

Türkiyədə meşə yanğınlarına görə daha bir nəfər həbs edildi
1499baxış
Mersində ot bitkilərini alışdıraraq meşə yanğınına səbəb olan şübhəlilərdən biri həbs edilib.
 
Mediapress.az xəbər verir ki, bu barədə Mersin Baş prokurorluğu məlumat yayıb.
Bildirilib ki, iyulun 31-də hadisəni törətməkdə şübhəli bilinən (K.Ş. və B.K.) 2 şəxs polis tərəfindən saxlanılıb.
 
İstintaq zamanı onlardan birinin günahı sübuta yetirildiyindən o, həbs edilib, digəri isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
 
Araşdırmalar davam etdirilir.