\
28 Sentyabr 2024 - Şənbə

Azərbaycanın İrandakı səfiri geri çağırıldı - Təyinat

Azərbaycanın İrandakı səfiri geri çağırıldı - Təyinat
1478baxış

Bünyad Səməd oğlu Hüseynov Azərbaycan İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Mediapress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.