\
28 Sentyabr 2024 - Şənbə

Türkiyədə meşə yanğınları ilə bağlı son durum

Türkiyədə meşə yanğınları ilə bağlı son durum
1422baxış

Bu gün Türkiyənin cənubundakı meşələrdə 12 yanğın ocağından 7-si söndürülüb.


Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya departamentinin rəhbəri Fəxrəddin Altun “Twitter” səhifəsində yazıb.


Hazırda 4-ü Muğlada və 1-i Spartada olmaqla, 5 meşə yanğınının söndürülməsi istiqamətində səylər davam edir.
İndiyə qədər meşə yanğınlarında 8 nəfər həyatını itirib, 864 nəfər xəsarət alıb.