\
28 Sentyabr 2024 - Şənbə

Eldəniz Səlimov şikayətini geri götürdü

Eldəniz Səlimov şikayətini geri götürdü
1405baxış

Toxunulmazlıq hüququ ləğv edilən və hazırda həbsdə olan deputat Eldəniz Səlimov apellyasiya şikayətini geri götürüb.

 

Mediapress.az-ın məlumatına görə, E.Səlimovun vəkili bildirib ki, apellyasiya şikayətini deputatın xahişi ilə geri götürüb.

 

Qeyd edək ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclisin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.

Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib.