\
28 Sentyabr 2024 - Şənbə

Cəlilabad rayon Polis Şöbəsinin rəisi işdən azad olunub - Nazirin əmri ilə

Cəlilabad rayon Polis Şöbəsinin rəisi işdən azad olunub - Nazirin əmri ilə
1158baxış

Cəlilabad rayon Polis Şöbəsinin rəisi polkovnik Mübariz Quliyev işdən azad olunub.

Mediapress.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

M.Quliyevin sərəncamda olduğu bildirilir. Onun yerinə hələ ki təyinat yoxdur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a faktı təsdiqləyib.

Qeyd edək ki, M.Quliyev bir neçə gün öncə rayon ərazisindəki restoranda keçirilən toy mərasimində karantin rejimi qaydalarının pozulması faktına göz yumub. Araşdırma zamanı müəyyən edilib ki, onun həmin restoran sahibi ilə yaxın münasibətləri olub./Report/