\
28 Sentyabr 2024 - Şənbə

“Uludağ” istirahət mərkəzində natəmizlik - Video

“Uludağ” istirahət mərkəzində natəmizlik - Video
1564baxış

Qax rayonunda fəaliyyət göstərən “Uludağ” istirahət mərkəzində uşaqlar üçün nəzərdə tutulmuş hovuzda gigiyena qaydalarının pozulması, hovuzun suyunun hədsiz çirkli olması ilə bağlı video görüntülər yayılıb.

Mediapress.az Axar.az-a istinadən məlumat verir ki, “Uludağ” istirahət mərkəzinin adminstratoru Rəmzi Nəbiyev bildirib ki, video-görüntünü yayan müştərinin şikayətinə əsasən ötən gün Dövlət Turizm Agentliyi tərəfindən hovuza baxış keçirilib:

“İstirahət mərkəzi açıq yaşıllıq ərazidə yerləşir. Hava küləkli olduğuna görə hovuzun suyuna istər-istəməz yarpaq, gül ləçəkləri və s. düşür. Bunlar gün ərzində təmizlənir. İstirahət mərkəzi gün ərzində 250-300 qonaq qarşılayır. Pandemiya qaydalarına əməl edilir, məsafə qorunur. Qonaqlar olduğu zaman hovuzda təmizlik işləri getmir. Hovuzun suyu axşam filtirlənir və bakteriyalara qarşı xüsusi dərmanlar vurulur. Hər səhər təmiz su ilə saat 11:00-da müştərilərin istifadəsinə verilir”.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə isə saytımıza açıqlamasında deyib ki, sözügedən istirahət mərkəzində hovuzun suyundan nümunələr götürülərək ekspertizaya verilib:

“Agentliyin və Sanitariya Epidemiologiya Mərkəzinin əməkdaşları hovuza baxış keçirdilər. Akt tərtib edilərək suyun nümunələri ekspertizaya göndərildi. Baxış zamanı mexaniki təmizləmə işləri aparıldı. Suyun kimyəvi tərkibi və digər təmizlik məsələlərinə diqqət edilməsi ilə bağlı istirahət mərkəzinə göstəriş verildi”.