\
28 Sentyabr 2024 - Şənbə

"Azərbaycan və Türkiyə qardaş ölkələrdir" - Millət vəkili

"Azərbaycan və Türkiyə qardaş ölkələrdir" - Millət vəkili
1487baxış
"Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Həm xoş, həm kədərli, həm də çətin günlərdə bir-birimizin yanındayıq".
 
Mediapress.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov jurnalistlərə müsahibəsində deyib.
 
O qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla türk qardaşlarımız bizə mənəvi, siyasi dəstək verdi, hər an bizim yanımızda oldular: "Türkiyə Parlamentinin dostluq qrupu daim bura səfər etdilər, haqq davamızda bizi dəstəklədilər. Azərbaycan da Türkiyəni üzləşdiyi bu çətin gündə tək qoymadı. Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan yanğınsöndürənləri qardaş ölkədə baş verən meşə yanğınlarının söndürülməsi üçün köməyə gediblər. Azərbaycanın xilasetmə qüvvələri yanğınla mübarizədə fədakarlıq nümayiş etdirdilər. Sevindirici haldır ki, yanğınların qarşısı alınmaq üzrədir. Bu gün Türkiyə Cümhuriyyətinin bayrağının Heydər Əliyev mərkəzində işıqlandırılması çox böyük bir rəmzi məna daşıyır. Türk qardaşlarımıza keçmiş olsun deyir, Uca Yaradandan belə çətin günlərin bir daha təkrarlanmamasını arzulayırıq". (Trend)