\
28 Sentyabr 2024 - Şənbə

Azərbaycan XİN Rusiyaya başsağlığı verib

Azərbaycan XİN Rusiyaya başsağlığı verib
1460baxış

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib.

Bu barədə XİN-in "Twitter" hesabında paylaşım edib.

"Kamçatkada Kuril gölü yaxınlığında göyərtəsində turistlərin olduğu MI-8 vertolyotunun qəzaya uğraması nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, Rusiya xalqına dərin başsağlığı veririk", - XİN qeyd edib.

Xatırladaq ki, Kuril gölü yaxınlığında göyərtəsində 16 turistin olduğu vertolyot qəzaya uğrayıb. Qəza nətisəində 8 nəfər ölüb.