\
28 Sentyabr 2024 - Şənbə

Tovuzdakı meşə yanğını söndürüldü - YENİLƏNİB

Tovuzdakı meşə yanğını söndürüldü - YENİLƏNİB
1536baxış

Tovuz rayonu, Yanıqlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Mediapress.az -a verilən məlumata görə, yanğın zamanı 4 ha sahədə qaratikan kolları və quru ot yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.