\
28 Sentyabr 2024 - Şənbə

Ötən gün toy qaydalarının pozulmasına görə 3 nəfər cərimələnib, 185 nəfər şənliyə buraxılmayıb

Ötən gün toy qaydalarının pozulmasına görə 3 nəfər cərimələnib, 185 nəfər şənliyə buraxılmayıb
1750baxış

Avqustun 12-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 30 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən Mediapress.az-a verilən məlumata görə, monitorinq 28 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 185 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.