\
28 Sentyabr 2024 - Şənbə

Merkel Rusiyaya səfər edəcək

Merkel Rusiyaya səfər edəcək
1519baxış

Almaniya Kansleri Angela Merkel Rusiyaya səfər edəcək.

APA-nın "France 24"ə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya Kanslerinin mətbuat katibi Steffen Seibert deyib.

Onun sözlərinə görə, Angela Merkel avqustun 20-də Moskvaya səfər edəcək. Səfərin gündəliyi hələ məlum deyil.

"Aydındır ki, o, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək", - deyə Almaniya Kanslerinin sözçüsü əlavə edib.

S.Seibert onu da bildirib ki, Angela Merkel avqustun 22-də isə Kiyevə gedəcək.