\
28 Sentyabr 2024 - Şənbə

Nyu-Yorkda 6 nəfər ildırımvurmadan xəsarət alıb

Nyu-Yorkda 6 nəfər ildırımvurmadan xəsarət alıb
1508baxış

Nyu-Yorkun Bronks rayonunda yerləşən çimərlikdə ildırımvurmadan zərərçəkmiş 6 nəfər xəstəxanaya yerləşdirilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə NBC telekanalı xəbər yayıb.

İldırım çimərliyin bir hissəsini vurub. Nəticədə qumda oturan 6 nəfər xəsarət alıb. Onlardan biri 15 yaşlı gəncdir.

Xilasedicilər hadisədən öncə suda olan bütün şəxslərə xəbərdarlıq edərək onları xilas ediblər.