\
28 Sentyabr 2024 - Şənbə

Türkiyədə amfibiya təyyarə qəzaya uğrayıb - Foto

Türkiyədə amfibiya təyyarə qəzaya uğrayıb - Foto
1848baxış

Türkiyənin Kahramanmaraş şəhərində amfibiya təyyarə qəzaya uğrayıb.

Mediapress.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə şəhərin Onikişubat rayonunda qeydə alınıb.

Təyyarənin göyərtəsində 8 nəfərin olduğu deyilir.

Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qəzanın dəqiq səbəbləri məlum deyil.