\
28 Sentyabr 2024 - Şənbə

Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunan azərbaycanlı yanğınsöndürənlər Vətənə qayıdır

Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunan azərbaycanlı yanğınsöndürənlər Vətənə qayıdır
1406baxış

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyə Respublikasına göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri bu gündən Vətənə qayıdır.

Mediapress.az  xəbər verir ki, qardaş ölkədə meşə yanğınlarının qarşısının alınması və söndürülməsi işləri üçün yanğınsöndürmə qruplarına cəlb olunan heyət və texnika avqustun 16-da Azərbaycana yola düşüb.

Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN-in 743 əməkdaşı yüksək fədakarlıq göstərib. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmişdi.