"Facebook” Talibana aid hesabları və onları dəstəkləyən paylaşımları qadağan edib.
Bakupost.az -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, şirkətin sözçüsü BBC-yə bildirib ki, Taliban ABŞ qanunlarına görə terror təşkilatı sayılır və təhlükəli təşkilatların siyasəti çərçivəsində şirkət xidmətlərindən istifadə etmək qadağandır.
Qeyd edilib ki, Talibana aid paylaşımlar silinəcək, onun adına açılan hesabları bağlanacaq.
Həmçinin, bu qərar “Instagram” və “WhatsApp”a da aiddir.