\
28 Sentyabr 2024 - Şənbə

Tanınmış jurnalist yenidən əməliyyat olunub - Reanimasiyadadır

Tanınmış jurnalist yenidən əməliyyat olunub - Reanimasiyadadır
1563baxış

Səhhəti pisləşdiyi üçün Milli Onkologiya Mərkəzinə yerləşdirilən tanınmış jurnalist, ARB TV-nin aparıcısı Tahirə Məmmədqızı bu gün yenidən əməliyyat olunub. Bu barədə jurnalist xanımın özü Mediapress.az-a məlumat verib.

Əlavə edək ki, əməliyyat uğurla bitib. O, indi reanimasiyadadır, vəziyyəti yaxşıdır.

Xatırladaq ki, bir müddət öncə T.Məmmədqızının bədəninin müxtəlif nahiyələrində 7 şiş aşkar edildiyindən əməliyyata məruz qalıb.

 
 
 
 
 
 

Günel Ayxan