Yasamalda altsheymer xəstəsi özünü pəncərədən atdı
1539
Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.
Mediapress.az-ın məlumatına görə, hadisə dünən saat 09:30 radələrində baş verib.
Belə ki, İ. Qurtqaşınlı küçəsi, ev 1 mənzil 10-da (5/4) yaşayan 1939-cu il təvəllüdlü Valeh Zülfüqar oğlu Yeqanov özünü yaşadığı evin pəncərəsindən ataraq intihar edib.
Qeyd edək ki, intihar edən şəxsin altsheymer xəstəsi olduğu bildirilir.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.