\
28 Sentyabr 2024 - Şənbə

Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü

Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü
1696baxış

"IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerlə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən Mediapress.az-a məlumat verilib.

Görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.