\
28 Sentyabr 2024 - Şənbə

Bakıda birgə reydlər gücləndirilib - Fotolar

Bakıda birgə reydlər gücləndirilib - Fotolar
1383baxış

Son günlərdə ölkədə koronavirusa yoluxanların sayında kəskin artım ciddi narahatçılığa səbəb olub. Bununla əlaqədar paytaxt Bakı şəhərində genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir.

Mediapress.az Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinə istinadla xəbər verir ki, bu tədbirlər çərçivəsində BŞİH və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən paytaxtın bütün rayonlarında ictimai nəqliyyat, ticarət obyektlərində və digər qapalı yerlərdə birgə reydlər davam etdirilir.

Reydlər zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin, virusa yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin vəziyyətinin, mövcud obyektlərdə qoruyucu maskalardan istifadənin vəziyyəti yoxlanılır, insanlar arasında sosial məsafənin qorunması məqsədilə maariflndirmə işləri aparılır və tibbi maskalar paylanılır.

Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerindəcə aradan qaldırılır, pozuntulara yol verən ayrı-ayrı vətəndaşlar, sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur, yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.

Paytaxtda koronavirus əleyhinə qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcəkdir.