\
28 Sentyabr 2024 - Şənbə

Gürcüstanda daha 5 924 nəfər koronavirusa yoluxub, 60 nəfər ölüb

Gürcüstanda daha 5 924 nəfər koronavirusa yoluxub, 60 nəfər ölüb
1433baxış

Gürcüstanda son sutkada daha 5 924 nəfərdə koronavirus aşkarlanıb, 4 777 nəfər müalicə olunaraq sağalıb, 60 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 523 022 təşkil edir. Yoluxanların 458 265-i sağalıb, 6 891-i isə dünyasını dəyişib.

Aktiv xəstə sayı 57 840 nəfərdir.