Şəhid atası vəfat etdi
1637
Vətən müharibəsinin şəhidi Vüqar Zamanovun atası İsmayıl Zamanov dünyasını dəyişib.
Mediapress.az xəbər verir ki, onun yaxınları məlumat verib.
İsmayıl Zamanov ölümündən qabaq, “60 il yaşamışam, hər şeyə dözmüşəm, ancaq övlad dərdinə dözmək olmur” deyib.
Qeyd edək ki, Vüqar Zamanov noyabrın 5-də Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda”, Füzulinin, Xocavəndin və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub. Şəhidin məzarı Horadiz şəhər qəbiristanlığındadır.